Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Dayo Upamekano Maykl Olisenin “Real”a keçid şayiələrinə son nöqtəni qoydu

2 dəq
Paylaş:
Dayo Upamekano Maykl Olisenin “Real”a keçid şayiələrinə son nöqtəni qoydu

”nın və Fransa millisinin mərkəz müdafiəçisi komanda yoldaşı Maykl Olisenin İspaniyanın “Real” klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, son dövrlər mətbuatda 24 yaşlı vingerin Madrid təmsilçisi üçün “arzulanan transfer” olduğu və klub prezidenti Florentino Peresin onu heyətinə qatmaq üçün böyük məbləğ ödəməyə hazırlaşdığı barədə iddialar geniş yayılıb.

Jurnalist Kerri Hauya verdiyi müsahibədə Upamekanoya Olisenin mümkün transferi ilə bağlı sual ünvanlanıb.

Müdafiəçi komanda yoldaşının gələcəyi barədə qəti mövqe nümayiş etdirib. “O, burada qalır, o, burada qalır”, - deyə gülümsəyərək cavab verib və bununla da transfer şayiələrinə son qoyub.

Qeyd edək ki, “Bavariya” rəhbərliyi istedadlı futbolçunu satmaq niyyətində deyil. hazırkı mövsümdə göstərdiyi yüksək performansla diqqət mərkəzindədir. Xüsusilə, 2026-cı il Dünya Çempionatında nümayiş etdirdiyi oyunla yadda qalan vinger, beş məhsuldar ötürmə ilə turnirin ən yaxşı assistenti kimi liderliyi ələ keçirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax