Operativ Məlumat Mərkəzi

Daxili işlər naziri Salyanda vətəndaşları qəbul edəcək

1 dəq
Paylaş:
Daxili işlər naziri Salyanda vətəndaşları qəbul edəcək
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən cari il may ayının 18-də Salyan Rayon Polis Şöbəsinin inzibati binasında Hacıqabul,...

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən cari il may ayının 18-də Salyan Rayon Polis Şöbəsinin inzibati binasında Hacıqabul, Kürdəmir, Salyan və Şirvan şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM" -ə bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı 17.05.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər