Daha 13 ailə Laçın şəhərinə köçüb

Daha 13 ailə Laçın şəhərinə köçüb
19.06.2023 11:40
Aa
dəq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, iyunun 19-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 13 ailə - 44 nəfərin köçürülməsi baş tutub.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Laçın şəhərinə ailələrin yola salınması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın Rayоn İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər.

Bununla da, Laçın şəhərində 55 ailə, yəni 213 nəfərin daimi məskunlaşması təmin edilib.

Həftənin ən çox oxunanları

Ötən həftə 49 mina, 690 partlamamış hərbi sursat zərərsizləşdirilib

Ötən həftə 49 mina, 690 partlamamış hərbi sursat zərərsizləşdirilib
DAVAMIN OXU davamın oxu

Xocalı və Xankəndiyə getmək istəyənlərin nəzərinə - Sentyabrın 16-dan...

Xocalı və Xankəndiyə getmək istəyənlərin nəzərinə - Sentyabrın 16-dan...
DAVAMIN OXU davamın oxu

Laçın şəhərinə növbəti köç karvanı yola salınıb

Laçın şəhərinə növbəti köç karvanı yola salınıb
DAVAMIN OXU davamın oxu

Şuşaya növbəti köç baş tutub - FOTO

Şuşaya növbəti köç baş tutub - FOTO
DAVAMIN OXU davamın oxu

Şuşada 32 ildən sonra ilk toy - FOTO

Şuşada 32 ildən sonra ilk toy - FOTO
DAVAMIN OXU davamın oxu