Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

2 dəq
Paylaş:
Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

“Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, vətəndaşı Vaqif oğlu İskəndərovun ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Ukraynanın Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılan üzrə Nəriman Vaqif oğlu İskəndərovun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, elektron məlumat daşıyıcısından istifadə edilməklə, xeyli miqdarda ziyan vurmaqla cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu səbəbdən Nəriman İskəndərovun barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə barəsində axtarış elan edilib. Hazırda onun ölkəmizə gətirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax