Alim, tədqiqatçı və tələbələr üçün elmi ədəbiyyata əlçatanlıq təmin olunmalıdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Mədəniyyət Komitəsinin "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai müzakirədəki çıxışında deyib.
Onun sözlərinə görə, dünyada mövcud elmi ədəbiyyata əlçatanlığın təmin edilməsi nazirliyin qarşısında duran əsas tələblərdəndir:
"Bu gün elmin vacib sahələrində hər il bilgi əsasları və yaxud məlumat əsasları dəyişir. O baxımdan, bizim alim, tədqiqatçı və tələbələrimiz üçün elmi ədəbiyyata, monoqrafiyalara, dərsliklərə və digər tədqiqat əsərlərinə əlçatanlıq mütləq təmin olunmalıdır".