Çində Sun ləqəbli akrobat çıxış zamanı yıxılaraq vəfat edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Anhui əyalətində qeydə alınıb.
Belə ki, akrobat hava performansı üçün məşq edərkən yıxılıb. Sun xəstəxanaya çatdırılsa da aldığı xəsarətdən dünyasını dəyişib.