Çin və Türkiyə Əfqanıstan-Pakistan qarşıdurması fonunda dialoqa çağırıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə BBC News məlumat yayıb.
Məlumata görə, Əfqanıstan və Pakistan arasında çoxsaylı insan tələfatına səbəb olan qarşıdurmalar fonunda Çin Xarici İşlər Nazirliyi Pekinin Əfqanıstan-Pakistan sərhədində gərginliyin artmasından dərin narahatlıq keçirdiyini bəyan edib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib ki, Çin hər iki tərəfi fikir ayrılıqlarını və mübahisələri dialoq və danışıqlar yolu ilə həll etməyə çağırır.
“Çin münaqişəni təkbaşına həll etmək üçün çalışır və gərginliyin azaldılmasında və ikitərəfli münasibətlərin yaxşılaşdırılmasında konstruktiv rol oynamağa davam etməyə hazırdır. Qonşu və dost olaraq Çin eskalasiyadan dərin narahatdır və qurbanlara yas tutur”, – deyə o vurğulayıb.
Sözçü əlavə edib ki, istənilən eskalasiya hər iki tərəf üçün zərər və itkilərə səbəb olacaq. Onun sözlərinə görə, hərbi əməliyyatların dayandırılması hər iki ölkənin və xalqların fundamental maraqlarına cavab verir və regionda sülhün və sabitliyin qorunmasına töhfə verə bilər.
Türkiyə də vəziyyətlə bağlı reaksiya verib. Türkiyənin xarici işlər naziriHakan Fidan Pakistanın xarici işlər naziri Muhammad Ishaq Dar ilə telefon danışığı aparıb. Dar bildirib ki, Pakistan qüvvələri “Əfqanıstan təcavüzünə” cavab verib.