İngiltərənin "Çelsi" klubu "Arsenal"ın heyətində çıxış edən gənc və perspektivli yarımmüdafiəçi İtan Nvanerini transfer hədəfləri siyahısına daxil edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, London təmsilçisinin rəhbərliyi və məşqçilər korpusu 19 yaşlı ingilis futbolçunun potensialını yüksək qiymətləndirir.
Qeyd edək ki, "Çelsi" daha əvvəl də bu oyunçu ilə maraqlandığını bildirmişdi, lakin indi klubun bu istəyində daha ciddi olduğu vurğulanır.
İtan Nvaneri ötən mövsümün ikinci yarısını icarə əsasında Fransanın "Marsel" klubunda keçirib. Futbolçunun "Arsenal" ilə hazırkı müqaviləsi 2030-cu ilə qədər qüvvədədir.
"Transfermarkt" portalı gənc yarımmüdafiəçinin bazar dəyərini 35 milyon avro olaraq qiymətləndirir.
Xatırladaq ki, "Arsenal" keçən mövsüm İngiltərə Premyer Liqasının qalibi olduğu halda, "Çelsi" turniri 10-cu pillədə başa vurub.