Ceyhun Bayramov Yəmən XİN başçısı ilə görüşüb

Ceyhun Bayramov Yəmən XİN başçısı ilə görüşüb
03.03.2023 15:53
Aa
dəq

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Yəmən xarici işlər naziri Əhməd Avad Binmubarak ilə görüşüb.

XİN-dən "Operativ Məlumat Mərkəzi-OMM" verilən xəbərə görə, görüş zamanı iki ölkə arasında iqtisadi-ticarət, humanitar, təhsil və digər sahələrində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Nazirlər həmçinin beynəlxalq təşkilatlar, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı, habelə QH çərçivəsində əməkdaşlıq məsələri ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov qarşı tərəfə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 illik işğal dövrü barədə ətraflı məlumat verib. Ölkəmizə qarşı Ermənistanın davam edən mina təhdidi diqqətə çatdırılıb.

Yəmən xarici işlər naziri Əhməd Avad Binmubarak ölkəmizin Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyəti, o cümlədən Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün yüksək səviyədə təşkilinə görə təşəkkürünü ifadə edib. O, Yəmənin Azərbaycanla əməkdaşlığın möhkəmlənməsi və həmrəylik ruhunun dərinləşməsində maraqlı olduğunu ifadə edib.

Görüşdə həmçinin regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Həftənin ən çox oxunanları

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
DAVAMIN OXU davamın oxu

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu