Cərimələrin artırılmasına səbəb nədir? - Ekspertdən AÇIQLAMA

Cərimələrin artırılmasına səbəb nədir? - Ekspertdən AÇIQLAMA
17.07.2024 21:45
Aa
dəq

Milli Məclisin 21 iyunda keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə yeni dəyişikliklər təklif edilib.

Məsələn, Velosiped yollarında hərəkət edəcək nəqliyyat vasitələrinin sürücüləri 100 manat, enerji doldurulması üçün müəyyən edilmiş parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla nəqliyyat vasitələrinin parklanmasına görə 20 manat məbləğində cərimə tətbiq ediləcək. Velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin onlar üçün ayrılmış parklanma yerlərindən kənarda parklanmasına görə 10 manat, xidməti zərurətlə əlaqədar dövlət orqanlarının (qurumlarının) istifadəsində olan və dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına məxsus olan nəqliyyat vasitələrindən başqa, digər nəqliyyat vasitələrinin xidməti parklanma yerlərində parklanmasına görə 40 manat məbləğində cərimə olacaq.

Bu siyahı belə uzanıb gedir…

Bəs cərimələrin bu dərəcədə artırılmasına səbəb nədir? Cərimələrin bu qədər artırılması ədalətdlidirmi?

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan iqtisadçı-ekspert Asif İbrahimovun sözlərinə görə, bu tip qanunlar qəbul edilərkən beynəlxalq yol təhlükəsizliyi qaydaları və beynəlxalq standartların tələbi nəzərə alınmalıdır:

“Məsələn, bununla bağlı yol hərəkəti təhlükəsizliyi haqqında İSO 39 000 standartı mövcuddur. Bu standartın tələblərinin tətbiq edilməsi zəruridir. Cərimə məsələsinə gəldikdə isə xüsusilə şəhərimizin infrastrukturunu nəzərə alanda görürük ki, qanunsuz parklanmalar və tıxacların yaranması kimi problemlər var. Bu tipli məsələlərin qarşısının alınması məqsədi ilə cərimə konsepsiyası irəli sürülüb. Amma düşünürəm ki, cərimə məsələlərindən öncə infrastruktur və yolların salınması beynəlxalq standartların tələblərinə uyğun olmalıdır”. 

Ekspertin fikrincə, Azərbaycanda orta statistik azərbaycan vətəndaşının orta  aylıq əməkhaqqı nəzərə alınmalı və qanunlar bununla müəyyənləşdirilməlidir. 

“Orta əməkhaqqının 20-30 faizi qırımızı işıqdan keçərkən yazılan cəriməyə gedirsə, bu düzgün deyil. Bu tip məsələlər mütləq nəzərə alınmalıdır. Ümumiyyətlə, hər hansı məsələnin həllini təmin etmək üçün addım atırıqsa, cəzalandırma və ya cərimələrin tətbiqi həll yolu deyil. Həll yolu sistemin tətbiq olunmasıdır. Müvafiq idarəetmə sisteminin tətbiq olunması, düzgün şəkildə həyata keçirilməlidir ki, qanundan kənara çıxma halları müşahidə olunmasın”.

Mədinə Useynova

İcra hakimiyyətləri ləğv edilməli, idarəetmə yenidən qurulmalı, hamının  fəaliyyəti ölçülməlidir" - MÜSAHİBƏ - FED.az

Həftənin ən çox oxunanları

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacların qarşısı necə alınmalıdır?

Bakıda tıxacların qarşısı necə alınmalıdır?
DAVAMIN OXU davamın oxu

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi
DAVAMIN OXU davamın oxu