“Cənubi Qafqazda sülhün bərpası, dünyada yanan ocağı söndürəcək” - Millət vəkili DANIŞDI

“Cənubi Qafqazda sülhün bərpası, dünyada yanan ocağı söndürəcək” - Millət vəkili DANIŞDI
17.07.2024 10:23
Aa
dəq

Sülh müqaviləsinin imzalanması üçün əsas və önəmli şərtlərdən biri Ermənistanın konstitusiyasında dəyişikliyin edilməsidir. 

Rəsmi İrəvan sülh müqaviləsinin imzalanması üçün konstitusiyada dəyişikliyin edilməsini səsləndirsələr də bununla bağlı heç bir real addımlar atılmır. 

Bəs mövcud proses sülh müqaviləsinin imzalanmamasına necə təsir göstərir?

Mövzu ilə bağlı “Operativ Məlumat Mərkəzi- OMM”-ə danışan VI çağırış Milli Məclisin deputatı Arzu Nağıyev deyir ki, sülh müqaviləsinin imzalanması üçün Azərbaycan öz şərtlərini təqdim edib və Ermənistan da bu şərtlərin bəziləri ilə razılaşıb. Əsas məsələ odur ki, həm delimitasiya və demarkasiya komissiyası, həm XİN, həm də Parlament səviyyəsində də bu danışıqlar gedir. 

“Əsas məqsəd təbii ki, sülh müqaviləsinin imzalanmasıdır. Lakin sülh müqaviləsinin imzalanmasına maneə törədə biləcək bir sıra aspektlər var. Əsas məsələ odur ki, Ermənistan konstitutsiyasında Azərbaycan və başqa dövlətlərə qarşı ərazi iddiaları var. Bu da konstitutsiyada təsbit olunduğuna görə, müqavilə imzalansa da parlamentdə bu məsələ qaldırılacaq. Ona görə də bəri başdan bu məsələnin həll edilməsi labüddür”. 

A.Nağıyev bildirir ki, analoqlara gəldikdə hansısa dövlətlər sülh müqaviləsi imzalayıb, amma sonradan addımlar atılıb. Çünki həmin konstitutsiyada hansısa ərazi iddiası təsbit olunmayıb. Bəzi revanşist qüvvələr var ki, ciddi cəhdlə Qarabağdan köçən erməniləri qaytarmaq istəyirlər. Bunların hamısı bizim ərazi bütövlüyümüzə zərər gətirəcək amillərdir”. 

Deputat Arzu Nağıyev “Şöhrət” ordeni ilə təltif edilib

Millət vəkilinin fikrincə, bu gün sülhün bərqərar olması daha çox Ermənistana lazımdır. Çünki ərazidə tənəzzülə uğramış iqtisadiyyatı bərpa etmək və digər sərmayelərin qoyulması üçün sülh mütləq şəkildə lazımdır. Zəngəzur və digər kommunikasiyaların açılması üçün də bu addımlar mütləq şəkildə atılmalıdır. Konstitutsiyanın dəyişdirilməsi üçün təbii ki, referendum keçirilməlidir. Referendumda da bu məsələ ortaya qoyulmalıdır:

“Amma istər revanşist qüvvələr, istərsə də digərləri buna razı deyillər. Çünki sülh müqaviləsi imzalanandan sonra Qarabağ klanı və digərlərinin sonu həbslərlə nəticələnəcəkdir. Ona görə də bu məsələlər həllini indidən tapmalıdır. COP29-a qədər isə sülh müqaviləsinin imzalanması müsbət hal olardı. Çünki bütün dünya dövlətləri Azərbayacana dəvət olunublar. Cənubi Qafqazda sülhün bərpa olunması, dünyada yanan ocağın sönməsinə gətirib çıxaracaq. Biz sülhün tərəfdarıyıq”.

Digər müsahibimiz politoloq Xaqani Cəfərlinin sözlərinə görə isə Ermənistanla Azərbaycan arasında münaqişə erməni və Azərbaycan xalqlarının iradəsinin nəticəsi olmadığı kimi, sülh müqaviləsinin imzalanması da yalnız Bakı ilə İrəvandan asılı deyil. 

“Bu məsələ yalnız iki tərəfin iradəsindən asılı olsaydı, sülh müqaviləsi iki il öncə imzalana bilərdi. Hələ 2022-ci ilin oktyabrında prezident İlham Əliyev ilin sonuna kimi sülh müqaviləsinin imzalana biləcəyini bəyan etmişdi. Ancaq həmin dövrdən 21 ay ötür və sülh danışıqları hələ də davam edir. Belə görünür ki, bu ilin sonuna kimi də heç bir ciddi nəticə olmayacaq”. 

Müsahibimiz deyir ki, Ermənistan konstitutsiyasında dəyişikliyin edilməsi və digər məsələlər hazırkı vəziyyətdə əlverişli bəhanə kimi görünür. Sülh danışıqları bu ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkisində sonra sürətlənəcək. 

Xaqani Cəfərli: "İranın son addımları Rusiya ilə razılaşdırılıb" - MÜSAHİBƏ

“Donald Tramp qalib gəlsə sülh müqaviləsi də qısa zamanda imzalana bilər. Hələlik isə tərəflər daha çox vaxt udmağa, bu vaxt ərzində isə öz tələblərini həyata keçirməyə üstünlük verirlər. Sülh müqaviləsinin də qalıcı sülh olması Azərbaycan və Ermənistandan daha çox bölgə uğrunda mübarizənin nəticəsindən asılı olacaq. Ona görə də sülh müqaviləsinin özü də hələ qalıcı, dayanaqlı sülh demək olmadığını bilməliyik”.

Hərbi-siyasi ekspert Ədalət Verdiyev saytımıza açıqlamasında bildirib ki, Ermənistan Azərbaycanla sülh istəyisə, konstitusiya dəyişikliyini mütləq həyata keçirməli, Azərbaycan və Türkiyəyə qarşı olan ərazi iddiaları ləğv edilməlidir. 

“Konstitutsiyadan əlavə Ermənistanın hərbi dokterensiyasında ərazi iddiaları hələ də qalmaqdadır. Adı çəkilən bu sənədlərdən yalnız konstitutsiya referendum ilə yenilənə bilər. Digər 3 sənədin isə parlamentdə yenilənməsi mümkündür. Amma Ermənistan hələ də bunu həyata keçirmək niyyətində deyil. Belə olan halda Ermənistan sülhü sadəcə dildə istəyir. Çünki heç bir real addım atmır”. 

Ekspert əlavə edir ki, Paşinyanın COP29-da Bakıya gəlməsi, İlham Əliyev ilə görüşməsi mümkün olan fəaliyyətlərdir. Amma bu görüşlər konstitutsiya dəyişikliyi olmadan sülh sazişinin imzalanmasına imkan verməyəcək:

dd5778e95b8d8f47d956834338fc485e.jpeg

“Çünki imzalanan sənədlər hər iki dövlətin parlamentindən və Konstitutsiya məhkəməsindən keçməlidir. Ermənistan və Azərbaycan arasında sülh sazişi mövcud deyil. Amma şərti dövlət sərhəd xidmətində bu gün kifayət qədər sabit vəziyyət müşahidə olunur. Ermənistan üzərinə düşən öhdəlikləri icra etməyəcəksə, sülh sazişi də olmayacaq”- Ə.Verdiyev sonda bildirdi.

Mədinə Useynova

Həftənin ən çox oxunanları

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacların qarşısı necə alınmalıdır?

Bakıda tıxacların qarşısı necə alınmalıdır?
DAVAMIN OXU davamın oxu

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi
DAVAMIN OXU davamın oxu