Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Kanadanın Baş naziri sülh prosesindəki irəliləyişi alqışladı

2 dəq
Paylaş:
Kanadanın Baş naziri sülh prosesindəki irəliləyişi alqışladı

Kanadanın Ermənistanla və sülh prosesini alqışlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, Kanadanın Baş naziri Mark Karni Avropa Siyasi Birliyinin VIII Zirvə Sammitində çıxış edib.

Məlumata görə, Karni arasında sülh prosesində əldə edilən irəliləyişi alqışlayıb və bu prosesdə İlham Əliyevin videobağlantı vasitəsilə iştirakını müsbət qiymətləndirib.

Bildirilib ki, o, Kanada ilə Avropa arasındakı əlaqələrə toxunaraq ölkəsinin bu formata qoşulan ilk qeyri-Avropa dövlətlərindən biri olduğunu deyib. Karni Kanadanın Avropa ilə ortaq tarix, dəyərlər və etimad paylaşdığını vurğulayıb.

Qeyd olunub ki, Baş nazir bu əməkdaşlığın Kanadadakı erməni icması vasitəsilə də özünü göstərdiyini bildirib və Ermənistanla əlaqələrin missiyalar çərçivəsində inkişaf etdiyini qeyd edib. O, Ermənistan üzrə Avropa missiyasında Kanadanın yeganə qeyri-Avropa iştirakçı olduğunu vurğulayıb.

Məlumata görə, Karni çıxışında dünyada texnologiya, enerji, ticarət və geosiyasət sahələrində ciddi dəyişikliklərin baş verdiyini deyib və mövcud reallıqlara uyğun siyasət aparmağın vacibliyini qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax