Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Kanadanın Baş naziri bu ölkələrə 10 günlük səfərə başlayır

2 dəq
Paylaş:
Kanadanın Baş naziri bu ölkələrə 10 günlük səfərə başlayır

Kanadanın Mark fevralın 27-də Hindistana ilk rəsmi səfərini edəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, Kanadanın Baş naziri Mark Carney bir vaxtlar gərgin olan münasibətləri bərpa etmək ümidi ilə Hindistana səfər edəcək. Xaricə səfəri çərçivəsində onun və Yaponiyaya da getməsi planlaşdırılır.

Kanadanın naziri bildirib ki, Karni əvvəlcə Mumbai şəhərinə səfər edəcək, burada biznes liderləri ilə görüşəcək və noyabr ayına qədər tamamlanması gözlənilən hərtərəfli ticarət sazişi üzrə danışıqlara başlayacaq.

daha sonra Hindistanın Baş naziri Narendra Modi ilə danışıqlar aparmaq üçün Nyu-Dehli şəhərinə getməyi planlaşdırır.

"Reuters" qeyd edir ki, Karni Kanadanın ABŞ-dən asılılığını azaltmaq və “orta güclər” adlandırdığı ölkələrin rəhbərlik etdiyi yeni qlobal ticarət nizamının formalaşdırılması məqsədilə Çin, Yaxın Şərq və Hindistanla daha sıx əlaqələr qurmağa çalışır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax