Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Eduardo Kamavinqanın "Real Madrid"dəki gələcəyi: Həlledici məqam

2 dəq
Paylaş:
Eduardo Kamavinqanın "Real Madrid"dəki gələcəyi: Həlledici məqam

İspaniyanın “” klubunun fransalı yarımmüdafiəçisi Kamavinqanın komandadakı gələcəyi sual altında qalmaqda davam edir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, 23 futbolçu bu yay transfer pəncərəsində Madrid təmsilçisini tərk edə bilər. Bildirilir ki, Kamavinqa özü komandada qalmaq istəsə də, klub rəhbərliyi onun satış variantını hələ də nəzərdən keçirir.

“Marca” nəşrinin məlumatına görə, futbolçunun gələcəyi mövsümöncəsi mərhələsində göstərəcəyi performansdan olacaq. Kamavinqa özünü göstərərək həm baş məşqçi Joze Mourinyonu, həm də klub rəhbərliyini komandaya lazım olan oyunçu olduğuna inandırmalıdır.

Qeyd olunur ki, fransalı yarımmüdafiəçinin hazırlıq dövründəki çıxışı onun “Real Madrid”də karyerasını davam etdirib-etdirməyəcəyini müəyyənləşdirən əsas amillərdən biri olacaq.

Qeyd edək ki, Eduardo Kamavinqanın “Real Madrid”lə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 50 milyon avro olaraq qiymətləndirir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax