Operativ Məlumat Mərkəzi

Bu günə qədər 35 minə yaxın şəxsə təhsil tələbə krediti verilib

2 dəq
Paylaş:
Bu günə qədər 35 minə yaxın şəxsə təhsil tələbə krediti verilib

Bu günə qədər 34 839 nəfərə təhsil tələbə krediti (TTK) verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə məlumat verib.

Onun sözlərinə görə, təhsil tələbə kreditlərinin verilməyə başlandığı 25 noyabr 2021-ci ildən bu günədək Təhsil Tələbə Krediti Fonduna 45 000-dən çox tələbənin elektron müraciəti daxil olub:

“Rəsmiləşmiş müraciətlərin sayı isə cari tarixə görə 34 839 nəfər təşkil edir. Onlardan 12 131 nəfər (35%) tələbə Sosial növ TTK, 22 708 nəfər (65%) tələbə isə Standart növ TTK-dan yararlanıb. Ümumilikdə rəsmiləşmiş TTK-lər üzrə tələbələr üçün 31.9 milyon manat təhsil haqqı məbləği təhsil müəssisələrinin bank hesablarına nağdsız qaydada köçürülüb”.

Nazir müavini bildirib ki, 838 ailənin 2 nəfər, 9 ailənin isə 3 və daha artıq üzvü təhsil kreditindən yararlanıb: “Rəsmiləşən kreditlərdən 452 ailədən olan 908 nəfər tələbə Sosial TTK-dan, 395 ailədən olan 795 nəfər tələbə isə Standart TTK-dan faydalanıb”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər