Bu gün Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 16-cı sammiti keçiriləcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sammitə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sədrlik edəcək.
Tədbirdə Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Türkiyənin dövlət və hökumət başçıları iştirak edəcək. Onlar təşkilat çərçivəsində ticari-iqtisadi, investisiya, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın daha da genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.
Qeyd edək ki, İƏT sammiti noyabrın 9-da başa çatacaq.