Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

BTC kəməri ilə nə qədər tranzit nefti nəql edilib?

2 dəq
Paylaş:
BTC kəməri ilə nə qədər tranzit nefti nəql edilib?

Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə neft ixracı: İlin ilk rübünün statistikası

Azərbaycanın əsas enerji arteriyası olan Bakı-Tbilisi-Ceyhan (BTC) ixrac ilə bu ilin yanvar-mart aylarında ümumilikdə 6 milyon 206 min ton neft nəql edilib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2025-ci ilin ilk üç ayına nisbətən 10 % azdır. Ötən dövr ərzində ölkə üzrə ümumi neft nəqletməsinin 76,9 %-i məhz BTC kəməri vasitəsilə həyata keçirilib.

Azərbaycan, yoxsa tranzit nefti? BTC ilə daşınan həcmlərin bölgüsü

Bu ilin I rübündə BTC kəməri ilə nəql edilmiş neftin 82,3 %-ni (və ya 5 milyon 109,6 min tonunu) bilavasitə Azərbaycanda hasil edilən neft təşkil edib. Qalan 17,7 %-lik hissə (və ya 1 milyon 96,4 min ton) isə Qazaxıstandan daxil olan neftin payına düşüb.

Müqayisəli təhlil göstərir ki, bu dövrdə kəmərlə nəql edilmiş neftinin həcmi 10,8 %, Türkmənistan və Qazaxıstandan daxil olan neftin həcmi isə 4,9 % azalıb.

AÇG və Şahdəniz: BTC boru kəmərinin əsas təchizatçıları kimlərdir?

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilən nefti və "Şahdəniz" yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, kəmər vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən TürkmənistanQazaxıstan nefti nəql olunur.

Əsas təchizat mənbəyi olan AÇG layihəsində pay bölgüsü aşağıdakı kimidir: BP (30,37 %), SOCAR (31,65 %), "MOL Group" (9,57 %), INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %)"ONGC Videsh Limited" (OVL) (2,92 %).

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax