Operativ Məlumat Mərkəzi

Brüsseldə Azərbaycan, Ermənistan və Aİ Şurasının liderləri görüşəcək

1 dəq
Paylaş:
Brüsseldə Azərbaycan, Ermənistan və Aİ Şurasının liderləri görüşəcək
İyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel...

İyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel arasında görüş keçiriləcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Avropa İttifaqı Şurasının Mətbuat xidmətinə istinadən xəbər verir.

Ş.Mişelin İ.Əliyev və N.Paşinyanla görüşünün yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 15:00-da) başlayacağı planlaşdırılır.

Görüş zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına dair məsələlər müzakirə olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər