Şri-Lanka sahillərində baş vermiş insident nəticəsində həyatını itirən 84 iranlı dənizçinin cəsədi vətənlərinə yola salınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Şri-Lankanın Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.
Məlumata görə, şəxsiyyəti müəyyənləşdirilmiş dənizçilər martın 4-də ABŞ-nin "IRIS Dena" hərbi gəmisinə təşkil etdiyi hücum zamanı həlak olublar.
Cəsədlərin İrana çatdırılması üçün xüsusi təyyarə reysi təşkil edilib.
Xatırladaq ki, "IRIS Dena" hərbi gəmisi bölgədəki gərginlik fonunda hədəfə alınmışdı. Hazırda tərəflər arasında insidentlə bağlı diplomatik və hərbi müzakirələr davam edir.