BMT: "Minalar məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasına maneə olur"

BMT: "Minalar məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasına maneə olur"
07.02.2023 13:23
Aa
dəq

“Məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarının artırılmasına dəstək” layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və Azərbaycan hökuməti ilə birgə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən həyata keçirilir”.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi səlahiyyətlərini icra edən Çaru Bist fevralın 7-də Şuşada Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə Şuşada minatəmizləmə mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, minalar və digər partlayıcı sursatlar məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasına maneə olur, evlərinə və kənd təsərrüfatı sahələrinə çıxışına çətinlik yaradır, beləliklə də onları öz həyatlarını bərpa etmək imkanlarından məhrum edir: "Məhz buna görə humanitar minatəmizləmə BMTİP-nin Azərbaycandakı inkişaf səylərinin çox mühüm və vacib hissəsidir və hökumətlə paylaşdığımız və üzərində çalışdığımız əsas prioritetlərdən biridir.

Seçilmiş etibarlı tərəfdaş kimi, insan mərkəzli yanaşması və təcrübəsi ilə BMTİP 25 ildən artıqdır ki, Azərbaycan da daxil olmaqla 40-dan çox ölkədə minalarla mübarizə təşəbbüslərini dəstəkləyir".

Həftənin ən çox oxunanları

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
DAVAMIN OXU davamın oxu

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu

Allahşükür Paşazadə sabah Rusiyaya gedir

Allahşükür Paşazadə sabah Rusiyaya gedir
DAVAMIN OXU davamın oxu