Operativ Məlumat Mərkəzi

Biləsuvarda kişi güllələnib, qohumu saxlanılıb

1 dəq
Paylaş:
Biləsuvarda kişi güllələnib, qohumu saxlanılıb
Biləsuvarda kişi güllələnib, qohumu saxlanılıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional...

Biləsuvarda kişi güllələnib, qohumu saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, mayın 24-də saat 10 radələrində Biləsuvar rayonunun Çinarlı kəndi ərazisində 1972-ci il təvəllüdlü Əsgər Musa oğlu Abdullayevin ov tüfəngindən açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-cü il təvəllüdlü Cavid İdrıs oğlu Həmidov saxlanılıb.

"Hadisə barədə polisi özü məlumatlandırıb. Onlar qohumdur, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. Əsgər Abdullayev xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Araşdırma aparılır", - məlumatda qeyd edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər