Operativ Məlumat Mərkəzi

Bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağıb - FAKTİKİ HAVA

1 dəq
Paylaş:
Bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağıb - FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin avqustun 23-ü saat 10:00-a olan məlumatına əsasən əksər rayonlarda hava şəraiti yağmursuz keçib, lakin axşam və gecə...

Milli Hidrometeorologiya Xidmətinin avqustun 23-ü saat 10:00-a olan məlumatına əsasən əksər rayonlarda hava şəraiti yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Xidmətdən bildirilib.

Yağıntının miqdarı: Vəlvələçay Təngəaltıda (Quba) 17 mm, Daşkəsən, Gədəbəy, Tərtərdə 1 mm-dək olub.

Havanın temperaturu: Avqustun 22-də Bakıda iqlim normasından 3.3 dərəcə yuxarı olub. maksimal temperatur Bakıda və Abşeron yarımadasında 36 dərəcəyədək, Naxçıvan MR-da 35-39 dərəcə, Aran rayonlarında 38 dərəcəyədək, dağlıq rayonlarda 26-30 dərəcəyədək isti olub

Bu xəbəri paylaş

Oxşar xəbərlər