Beynəlxalq aləm özünün ikiüzlü, ədalətsiz yanaşmasına davam edir

Beynəlxalq aləm özünün ikiüzlü, ədalətsiz yanaşmasına davam edir
13.04.2023 13:52
Aa
dəq

“Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın bir müddət ərzində törətdiyi cinayətlərdən, vəhşiliklərdən biri də vətəndaşlarımızın yəni, 4000-ə yaxın insanımızın həm Birinci Qarabağ müharibəsində, həm də ondan sonra baş verən proseslər zamanı müqəddəratlarının hansı istiqamətlərdə getdiklərini, onların taleləri ilə bağlı heç bir məlumatın verilməməsi təbii ki, biz bilirik, Ermənistan həmin o şəxslərin sağ qalmasına imkan verməyəcək, onlar böyük ehtimalla dünyasını dəyişib, amma hər bir halda hüquqi dövlət öz vətəndaşının müqəddəratını hətta, dünyasını dəyişibsə, vəhşiliklərə məruz qalaraq öldürülübsə də, onların son talelərinin necə olması ilə bağlı narahat olmalıdır. Bu da təbii ki, Azərbaycan Respublikasının hüquqi dövlət olaraq suveren hüququdur”.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında siyasi ekspert Xəyal Bəşirov deyib.

“Bizim Ermənistan tərəfindən tələb etdiyimiz haqlı məqamlardan biri də bununla bağlıdır. Çox təəssüflər olsun ki, bu günə qədər – 30 illik işğal dönəmində və ondan sonra baş verən proseslərdə Ermənistan öz üzərinə öhdəliklər götürməsinə baxmayaraq, hətta öhtəlikləri bir kənara qoysaq, beynəlxalq hüquqla, dövlətlərarası münasibətlərlə Ermənistanının borcu olsa da, bu istiqamətdə heç bir addım atmayıb”.

Xəyal Bəşirov bildirib ki, Ermənistan Azərbaycan vətəndaşlarının kütləvi şəkildə öldürülməsi, onların harada dəfn edilməsi və yaxud digər məqamlarla bağlı Azərbaycan tərəfinə məlumat verməyib. Bu istiqamətdə Ermənistanın təlaşlandığının şahidi olmuruq. İkinci Qarabağ müharibəsi bu mövzularla bağlı vəziyyəti bir qədər dəyişdi. Ümumiyyətlə, İkinci Qarabağ Müharibəsi regionda yeni reallıqlar ortaya qoydu, bu reallıqların təqib hissələrindən biri də Azərbaycan və Ermənistan arasında İkinci Qarabağ müharibəsinə qədər olan münasibətlərə də sirayət etdi. Müzakirə olunan mövzuların dairəsinə müəyyən mənada təsir göstərdi.

Bunu deməkdə əsas məqsədim odur ki, biz artıq Ermənistandan ərazisi işğal altında olan, məğlubiyyətə uğramış dövlət kimi deyil, qalib və qarşı tərəfi kapitulasiyaya uğratmış, ordusunu məhv etmiş və işğala son qoymuş bir dövlət kimi bunu tələb edirik".

Vaxtilə Azərbaycan vətəndaşlarına qarşı törədilən qırğınlarda olduğu kimi, indi də Beynəlxalq Təşkilatlar öz haqq səslərini qaldırmırlar sualına cavabında Xəyal Bəşirov bildirib ki, reallıq ondan ibarətdir ki, Ermənistana beynəlxalq aləmdə heç bir çağırış edilmədiyinə görə, beynəlxalq təşkilatlar ayrı-ayrı dövlət tərəfindən Ermənistanın bu kimi qanunsuz əməllərinə münasibətdə heç bir təziq və təsir göstərmədiyindən Ermənistan hələ də bu siyasətini - Azərbaycana qarşı qanun pozuntularını davam etdirir.

"Ermənistanın İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Ermənistana qarşı atdığı humanist addımlara rəğmən, bu məsələdə ədalətsiz, konstruktiv yanaşma tərzi ortaya qoyması, Azərbaycana mina xəritələri ilə bağlı qeyri-dəqiq xəritələrin təqdim edilməsi, Azərbaycanın 4000-ə yaxın itkin düşmüş vətəndaşları ilə bağlı məlumatları verməkdən imtina etməsi, əslində bir daha ondan xəbər verir ki, Ermənistana dünyadan çağırışlar edilməməsi, təziq və təsirlərin göstərilməməsi nəticələrindən biri də məhz buna gətirib çıxarır ki, Ermənistan artıq özünün məsuliyyətə cəlb edilməməsini anlayır.

Hesab edirəm ki, ölmüş həmvətənlərimizin yerini deməsə, bunu gizlətsə, gələcəkdə məsuliyyətə cəlb olunmasından qorxsa belə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə bir neçə hissədə kütləvi məzarlıqlar aşkar edib, bu məzarlıqların Azərbaycan vətəndaşlarına aid olması ilə bağlı kifayət qədər sübutlar və dəlillər var. Bu proses bu gün də davam edir və biz gələcəkdə Ermənistana qarşı geniş miqyaslı iddiaların, beynəlxalq məhkəmələrdə, beynəlxalq hüquq platformalarında iddiaların qaldırılması zamanı bu faktlardan istifadə edəcəyik. O ki, qaldı beynəlxalq təşkilatlarla, ayrı-ayrı dövlətlər ilə bağlı məsələdə susqunluğun, etinadsızlığın davam etdirilməsi, bu hal təəccüblü deyil, çünki 30 ilə yaxın bir müddət ərzində bütün dünyanın gözü qarşısında Azərbaycanın 20% ərazisini işğal altında saxlayan, bu işğal prosesini Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, BMT Baş Assembiliyasının qətnaməsinə, bir sıra digər nüfuzlu təşkilatların qəbul etdiyi sənədlərə rəğmən belə davam etdirərək beynəlxalq hüquqa, dövlətlərarası hüquqi münasibətlərə, həmin təşkilatlara və onların nizamnamələrinə kobud şəkildə yanaşaraq özünün işğal siyasətini yürüdən Ermənistan bu gün də həmin təşkilatların susqunluğuna tuş gəlir.

Bütün bunlar bizə onu deməyə əsas verir ki, beynəlxalq aləm özünün ikili yanaşmasını, ikili standartlarını, ikiüzlü siyasətini və ədalətsiz yanaşmasına davam edir, bir sözlə bizi təhrik edir ki, bütün məsələdə olduğu kimi bu məsələdə də Ermənistanın Azərbaycana qarşı itkin düşmüş, ölmüş vətəndaşları ilə bağlı məlumatları verməsini tələb edir, əgər vermirsə, Azərbaycan Ermənistana qarşı heç bir humanitar addım atmamalıdır, əksinə onların Azərbaycanla danışmaq istədiyi dildə danışmalıdır. Bu məsələdə də artıq məsuliyyət beynəlxalq aləmin üzərinə düşəcək, çünki İkinci Qarabağ müharibəsi reallaşmamalı idi, biz 30 ilə yaxın bir müddət ərzində dövlət və xalq olaraq ATƏT-in Minsk Qrupu adlı keçmiş institutun keçmiş münaqişənin həll edəcəyini düşünürdük, amma bu baş tutmadı. Biz həmin o, keçmiş münaqişəni müharibə yolu ilə, güc yolu ilə danışmaqla həllinə nail olmağa çalışdıq və bunu da əldə etdik. Bu prosesin davam etdirilməsini əgər beynəlxalq aləm və təşkilatlar istəmirsə, bu məsələdə Azərbaycanın haqlı mövqeyinə dəstək olmalıdılar ki, müharibədən sonrakı proseslərdə mövcud olan problemlərin həllinə nail olaq.

Məhz elə bu amil idi, yəni İkinci Qarabağ müharibəsinin reallaşdırılması məsələsi idi ki, bununla bağlı Prezident İlham Əliyev ən son Münhen Təhlükəsizlik Konfransı təşkilatı çərçivəsində bütün dünyaya çatdırdı ki, əslində dünyanın ayrı-ayrı təşkilatların və dövlətlərin susqunluğun nəticəsində İkinci Qarabağ müharibəsi reallaşdı və Azərbaycan da həmin müharibədə 3 mindən çox şəhid, 10 mindən çox qazi verdi. Təbii ki, bu qədər qanın tökülməsində beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin rolu da kifayət qədər çoxdur”.

Aygün İsmayılova

Həftənin ən çox oxunanları

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir
DAVAMIN OXU davamın oxu

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu