“Çelsi”nin mərkəz müdafiəçisi Tosin Adarabioyo karyerasını Portuqaliyada davam etdirə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" "Correio da Manhã" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu "Benfika" klubunun transfer hədəfləri sırasındadır.
Mənbə qeyd edir ki, oyunçunun transferində şəxsən “Benfika”nın baş məşqçisi Marku Silva maraqlıdır.
Mütəxəssis və futbolçu daha əvvəl İngiltərənin "Fulhem" klubunda birgə çalışıblar. Bu amil transferin baş tutma ehtimalını artıran əsas faktorlardan biri kimi qiymətləndirilir.
Ötən mövsüm ərzində Adarabioyo bütün turnirlər daxil olmaqla 29 matçda meydana çıxıb və rəqib qapılarına 2 dəfə yol tapıb.
Qeyd edək ki, müdafiəçinin "Çelsi" ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
"Transfermarkt" portalı isə təcrübəli oyunçunun bazar dəyərini 16 milyon avro olaraq qiymətləndirir.