Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko bütün ermənilərin katolikosu və ali patriarxı II Qareginə doğum günü münasibətilə təbrik məktubu göndərib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Belarus dövlət başçısının rəsmi saytında yayımlanan məlumatda təbrik məktubunda dini liderin fəaliyyətinə yüksək qiymət verildiyi bildirilib.
Məktubda II Qareginin həyatının yüksək xidmət, fədakarlıq, xristian kilsəsinə və erməni xalqına sarsılmaz sədaqət nümunəsi olduğu vurğulanıb.
Aleksandr Lukaşenko müraciətində erməni patriarxının yorulmaz pastoral fəaliyyətini, müdrik rəhbərliyini və ənənəvi dəyərlərə sadiqliyini xüsusi qeyd edib.
Belarus liderinin sözlərinə görə, bu keyfiyyətlər II Qareginə həm Ermənistan daxilində, həm də ölkə hüdudlarından kənarda dərin hörmət qazandırıb.
Sonda Belarus Prezidenti II Qareginə möhkəm cansağlığı, tükənməz enerji və gələcək fəaliyyətində uğurlar arzulayıb.