Bazar gününün hava proqnozu açıqlanıb

Bazar gününün hava proqnozu açıqlanıb
Hava
13.05.2023 12:48
Aa
dəq

Mayın 14-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gündüz yağışda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-3° isti, gündüz 3-5° isti olacaq.

Həftənin ən çox oxunanları