Operativ Məlumat Mərkəzi

Bayram və istirahət günlərində Bakı və Abşeronda gözlənilən hava açıqlanıb

3 dəq
Paylaş:
Bayram və istirahət günlərində Bakı və Abşeronda gözlənilən hava açıqlanıb
Bakıda və Abşeron yarımadasında bayram və istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat...

Bakıda və Abşeron yarımadasında bayram və istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, noyabrın 8-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi 7-12 m/s, gündüz cənub-şərq küləyi 8-13 m/s təşkil edəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 17-22° isti olacaq.

Noyabrın 9-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi 8-13 m/s, səhər 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 18-23° isti olacaq.

Noyabrın 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcək, axşam şimal-şərq küləyi 7-12 m/s təşkil edəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 16-18° isti olacaq.

Noyabrın 11-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi 7-12 m/s, gündüz arabir 15-20 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-20° isti olacaq.

Noyabrın 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi 8-13 m/s, arabir 15-18 m/s təşkil edəcək. Havanın temperaturu gecə 12-16° isti, gündüz 17-21° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər