"Bavariya"nın hücumçusu Erik Çoupo-Motinq tezliklə klubu tərk edə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçunun Münxenlilər üçün əhəmiyyəti Harri Keynin gəlişindən sonra azalıb.
"Bavariya" Çupo-Motinqi yanvar ayında sata bilər.
Kamerunlu futbolçunun müqaviləsi mövsümün sonunda başa çatır və qış transfer pəncərəsindəki satış klubun hücumçunun gedişindən qazanc əldə etmək üçün son fürsətidir.
Qeyd edək ki, Erik Çoupo-Moting bu mövsüm doqquz oyunda 2 qol vurub.