Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ferqus Ould ilə görüşüb.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-yə Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında müxtəlif sahələrdə münasibətlərin inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib.