Baş nazir Əli Əsədov Düşənbədə tacikistanlı həmkarı ilə görüşüb

Baş nazir Əli Əsədov Düşənbədə tacikistanlı həmkarı ilə görüşüb
29.09.2023 11:42
Aa
dəq

Azərbaycanın Baş naziri Əli Əsədov Düşənbəyə işgüzar səfəri çərçivəsində bu gün Tacikistanın Baş naziri Koxir Rasulzoda ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Əli Əsədov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin Tacikistanda yüksək səviyyədə keçirilməsinə görə bu ölkənin hökumətinə təşəkkürünü bildirib.

Tərəflər yüksək səviyyəli səfər və görüşlərin Azərbaycanla Tacikistan arasında dövlətlərarası əlaqələrin möhkəmlənməsində əhəmiyyətini qeyd ediblər.

Bu kontekstdə Azərbaycan Prezidentinin bu ilin aprelində Tacikistana dövlət səfərinin əhəmiyyəti qeyd olunub.

İki ölkə arasında iqtisadiyyatın konkret sahələri üzrə əməkdaşlığın hazırkı səviyyəsi və inkişaf perspektivləri nəzərdən keçirilib.

Həftənin ən çox oxunanları

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir
DAVAMIN OXU davamın oxu

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu