İspaniyanın "Barselona" klubu mərkəz müdafiəçisi mövqeyini gücləndirmək üçün iki futbolçunu hədəfə alıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, "Sport" nəşrinin məlumatına görə, Kataloniya təmsilçisi Pau Kubarsi üçün təcrübəli tərəfdaş axtarır. Klubun əsas namizədləri "Tottenhem"in müdafiəçisi Kristian Romero və "Atletik" Bilbaonun futbolçusu Emerik Laportdur.
Mənbənin iddiasına görə, "Barselona" rəhbərliyi komandaya vaxtilə İniqo Martinesin verdiyi töhfəyə bənzər təcrübəyə malik müdafiəçi transfer etmək niyyətindədir.
Bildirilir ki, bu transferlərdən birinin reallaşması üçün klubun əvvəlcə heyətində oyunçu satışı həyata keçirməsi lazım gələcək.
Qeyd edək ki, "Transfermarkt" portalı 28 yaşlı Kristian Romeronun bazar dəyərini 45 milyon avro, 32 yaşlı Emerik Laportun isə 8 milyon avro olaraq qiymətləndirir.