Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

IV Milli Kibertəhlükəsizlik Forumu Bakıda keçiriləcək

3 dəq
Paylaş:
IV Milli Kibertəhlükəsizlik Forumu Bakıda keçiriləcək

İyunun 4-də Azərbaycan Təşkilatları Assosiasiyası tərəfindən, Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə Bakıda “4-cü Milli Kibertəhlükəsizlik Forumu” təşkil olunacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ölkənin aparıcı kibertəhlükəsizlik platformalarından birinə çevrilən forum dövlət qurumlarını, özəl sektor nümayəndələrini, tərəfdaşları, texnologiya şirkətlərini və sahə üzrə ekspertləri bir araya gətirərək, kibertəhlükəsizlik sahəsində aktual çağırışların və perspektivlərin müzakirəsi üçün mühüm əməkdaşlıq mühiti formalaşdıracaq.

Forumun əsas məqsədi Azərbaycanda milli kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə vermək, dövlət-özəl sektor tərəfdaşlığını gücləndirmək, beynəlxalq təcrübə və innovativ yanaşmaların paylaşılmasını təşviq etməkdir.

Tədbir çərçivəsində kibertəhlükəsizlik sahəsində tanınmış beynəlxalq ekspertlərin, aparıcı qlobal IT və texnologiya şirkətlərinin rəhbər şəxslərinin çıxışları nəzərdə tutulur. Forumda rəqəmsal transformasiya dövründə yaranan yeni kiber təhdidlər, texnologiyalarının kibertəhlükəsizliyə təsiri, kritik infrastrukturun qorunması, regional əməkdaşlıq imkanları və kibermüdafiə sahəsində müasir yanaşmalar müzakirə olunacaq.

Bununla yanaşı, forum çərçivəsində keçiriləcək panel sessiyalarında və təqdimatlarda “kibertəhlükəsizlik sahəsində aktual risklər”, “innovativ həllər və qabaqcıl ”, “qlobal texnoloji trendlər”, “beynəlxalq təcrübələr və uğurlu praktiki nümunələr” ətrafında fikir mübadiləsi aparılacaq.

Forum iştirakçıları üçün xüsusi sərgi zonası da təşkil ediləcək. Sərgidə kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlər məhsul və xidmətlərini, innovativ texnologiyalarını və startap həllərini nümayiş etdirəcəklər.

IV Milli Kibertəhlükəsizlik Forumunun ölkədə kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsinə, bilik və təcrübə mübadiləsinin güclənməsinə, eləcə də rəqəmsal üzrə yeni təşəbbüslərin formalaşmasına mühüm töhfə verəcəyi gözlənilir.

Forum haqqında daha ətraflı məlumatı www.cyberforum.az saytından əldə etmək mümkündür

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İKT

Hamısına bax