Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

WUF13 tədbir məkanı açıqlandı: Sahəsi 53 hektar olacaq

2 dəq
Paylaş:
WUF13 tədbir məkanı açıqlandı: Sahəsi 53 hektar olacaq

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçiriləcəyi Bakı Olimpiya Stadionu və onun ətrafında formalaşdırılan ümumi əhatə dairəsi üzrə tədbir məkanı 53 hektar təşkil edir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olarkən məlumat verilib.

Bildirilib ki, bunun 43 hektarı əsas tədbir məkanı, 10 hektarı isə əsas terminalı və parklanma-transfer zonası kimi planlaşdırılıb. Qeydiyyat, sessiya, sərgi, media, nəqliyyat, texniki təminat, könüllülər və məkan xidmətləri vahid sistemi kimi təşkil olunub.

Yüksəksəviyyəli qonaqlar və nümayəndə heyətləri üçün xüsusi zonalar ayrılıb. Burada dövlət və hökumət nümayəndələrinin qəbulu, ikitərəfli görüşlər, istirahət sahəsi və qidalanma xidməti üçün xüsusi məkanlar nəzərdə tutulub.

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində təcrübə mübadiləsinə yönəlib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax