Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bakı WUF13-də dayanıqlılıq nümunəsi kimi təqdim olundu

2 dəq
Paylaş:
Bakı WUF13-də dayanıqlılıq nümunəsi kimi təqdim olundu

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına () ev sahibliyində göstərdikləri qonaqpərvərliyə və liderliyə görə Hökumətinə, xalqına ən dərin minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycan 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan edərək, yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaları inkişaf etdirərək, həmçinin çoxəsrlik ənənələrə hörmətlə yanaşaraq, urbanizmi qlobal müstəviyə qaldırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi bağlanış mərasimində Birləşmiş Millətlər Təşkilatının Baş katibinin müavini Amina Muhammed deyib.

O qeyd edib ki, Azərbaycanın müxtəlif bölgələrində genişmiqyaslı yenidənqurma və inkişaf işləri həyata keçirilir, icmaların yenidən inteqrasiyası, infrastrukturun və mühitinin bərpası istiqamətində mühüm addımlar atılır. Onun sözlərinə görə, bu proses nəticəsində ərazilər tədricən mədəni canlılığın, sosial həmrəyliyin və iqtisadi inkişafın mərkəzinə çevrilir.

“Dünyanın ən qədim və fasiləsiz məskunlaşılmış şəhərlərindən biri olan Bakıda biz, eyni zamanda, yenilənmə və dayanıqlılığın nümunəsini görürük”, - deyə BMT rəsmisi vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax