Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bakı yollarında bu gecə genişmiqyaslı təmir işləri aparılacaq

2 dəq
Paylaş:
Bakı yollarında bu gecə genişmiqyaslı təmir işləri aparılacaq

Bakı şəhərinin əsas yollarında ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu tədbirlər vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək, həmçinin Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyasına (WUF13) hazırlıq çərçivəsində həyata keçirilir.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, yol örtüyünün istismar vəziyyəti nəzərə alınaraq aşağıdakı ərazilərdə təmir işlərinin aparılması planlaşdırılır:

  • prospektindən Babək prospektinə gedən yolötürücü üzərində;
  • Ziya Bünyadov prospektində ("Koroğlu" istiqamətində).

İşlərin icra tarixi və müddəti 9 aprel saat 23:00-dan 10 aprel saat 07:00-a qədər10 aprel saat 23:00-dan 11 aprel saat 07:00-a qədər müəyyən edilib.

Göstərilən tarixlərdə prospektindən Babək prospektinə gedən yolötürücü üzərində nəqliyyat vasitələrinin hərəkəti tam, Ziya Bünyadov prospektində isə ("Koroğlu" metro stansiyası istiqamətində) qismən məhdudlaşdırılacaq.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bəyan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax