Bakının bir sıra yollarında tıxac yaranıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda yollardakı vəziyyət aşağıdakı kimidir:
- Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
- Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
- Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
- Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
- Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
- Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
- 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
- Heydər Əliyev prospekti (əsas yol), mərkəz istiqamətində;
- Heydər Əliyev prospekti (köməkçi yol), mərkəz istiqamətində;
- 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
- Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
- Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
- Koroğlu Rəhimov küçəsi, ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
- Füzuli küçəsi, Rəşid Behbudov küçəsi ilə kəsişmədən Səməd Vurğun küçəsi ilə kəsişməyə qədər;
- Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində;
- Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.