Operativ Məlumat Mərkəzi

Bakıda yetkinlik yaşına çatmayan iki nəfər bıçaqlanıb, 17 yaşlı şəxs saxlanılıb

1 dəq
Paylaş:
Bakıda yetkinlik yaşına çatmayan iki nəfər bıçaqlanıb, 17 yaşlı şəxs saxlanılıb
Bakıda yetkinlik yaşına çatmayan iki nəfər bıçaqlanıb, 17 yaşlı şəxs saxlanılıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Xəzər Rayon Prokurorluğundan...

Bakıda yetkinlik yaşına çatmayan iki nəfər bıçaqlanıb, 17 yaşlı şəxs saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Xəzər Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyunun 10-u saat 01 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yetkinlik yaşına çatmayan iki şəxsə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla 2006-cı il təvvəllüdlü M.Babayevin (şərti) aralarında yaranmış mübahisə zamanı iki həmyaşıdına bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. M.Babayev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər