Bakıda türk dövlətlərində hüquqi sahədə müasir informasiya texnologiyalarının tətbiqi müzakirə olunur

Bakıda türk dövlətlərində hüquqi sahədə müasir informasiya texnologiyalarının tətbiqi müzakirə olunur
04.06.2024 10:16
Aa
dəq

Bakıda Ədliyyə Nazirliyinin və Baş Prokurorluğun təşkilatçılığı ilə Türk Ədliyyə Təlim Şəbəkəsinin fəaliyyəti çərçivəsində “Türk dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya” mövzusunda beynəlxalq konfrans keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, tədbirdə ədliyyə naziri Fərid Əhmədov, Baş prokuror Kamran Əliyev, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov, Türk Akademiyasının prezidenti Şahin Mustafayev və Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Sədi Cəfərov iştirak edirlər.

İyunun 5-dək davam edəcək konfransa Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Şimali Kiprdən 30-a yaxın nümayəndə qatılıb.

Tədbir müasir dünyanın çağırışlarına və “Türk Dünyasına Baxış 2040” sənədinin məqsədlərinə uyğun olaraq türk dövlətlərində müasir informasiya texnologiyalarının hüquqi sahədə tətbiqi və istifadəsinin genişləndirilməsi imkanlarının müzakirə edilməsinə yönəlib.

Türk dövlətləri arasında əməkdaşlığın miqyasının genişlənməsi, gələcək inteqrasiya hədəfləri üzrə fəaliyyətlərin güclənməsi, xüsusilə də ölkələrin iqtisadi və mülki qanunvericilik sistemlərinin yaxınlaşdırılması məqsədilə Türkiyə Ədliyyə Akademiyası və Qazaxıstan Ali Məhkəməsi yanında Ədliyyə Akademiyasının rektorlarının, Özbəkistan Məhkəmə Hüquq Şurası yanında Ali Hakimlər Məktəbinin direktorunun da iştirakı ilə keçirilən konfrans, türk dövlətlərinin ədliyyə işçilərinin, hakimlərin və prokurorların təlimi ilə məşğul olan qurumların nümayəndələrini, praktiki hüquqşünasları, hüquqşünas alimləri və elm müəssisələrini bir araya gətirib.

Konfransda türk dövlətlərində məhkəmə, eləcə də prokurorluq sistemlərində elektron informasiya texnologiyalarından istifadə, ölkələrin mülki qanunvericiliyinin təhlili və yaxşılaşdırılması, hakim və prokurorların tədrisində elmi tədqiqatların və tədrisin təşkil olunmasında elektron texnologiyaların rolu mövzularında panel sessiyalar və müzakirələr keçiriləcək.

Qeyd edək ki, Türk Ədliyyə Təlimi Şəbəkəsi 2022-ci il dekabrın 12-də İstanbulda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələri təmsil edən 11 ixtisaslaşmış tədris qurumu tərəfindən yaradılıb.

Şəbəkənin ilk həmsədri 2023-cü ildə Türkiyə Ədliyyə Akademiyası olub. Ötən il dekabrın 28-də növbəti il üçün həmsədrliyin Azərbaycana verilməsi barədə qərar yekdilliklə qəbul olunub. Hazırda Ədliyyə Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi Şəbəkənin 2024-cü il üzrə həmsədrləridir.

Həftənin ən çox oxunanları

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
DAVAMIN OXU davamın oxu

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu