Bakıda I sinfə qəbulla bağlı 40 383 sorğu yerləşdirilib

Bakıda I sinfə qəbulla bağlı 40 383 sorğu yerləşdirilib
29.08.2024 12:22
Aa
dəq

Avqustun 29-na (saat 11:30) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 40 383 uşaq üçün elektron sistem (https://mektebeqebul.edu.az/) vasitəsilə sorğu yerləşdirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 6 791 müraciət operativ şəkildə cavablandırılıb. Daxil olan müraciətlərdən 2 485-i alternativ qeydiyyat mərkəzlərində, 2 970-i sistemin “Əlaqə” bölməsi vasitəsilə cavablandırılıb və valideynlərə müvafiq dəstək göstərilib. 1 336 valideyn isə 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edib.

Qeyd edilib ki, 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat sentyabrın 13-nə qədər davam edəcək. www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə (https://baku.edu.gov.az/az/page/276), eləcə də 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edə bilərlər.

Vətəndaşlara alternativ qeydiyyat mərkəzlərində həftənin I-V günləri saat 10:00-dan 17:00-a qədər xidmət göstərilir. Valideyn alternativ qeydiyyat mərkəzlərinə müraciət edərkən övladını özü ilə aparmasına ehtiyac yoxdur.

Sistemdə elektron qeydiyyatdan keçə bilməyən valideynlərə “WhatsApp” vasitəsilə (070-996-76-63, 070-996-36-62, 070-996-46-68) müraciətlərinin cavablandırılması üçün müvafiq işçi qrupları tərəfindən də zəruri köməklik göstərilir.

Həftənin ən çox oxunanları

Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşib

Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşib
DAVAMIN OXU davamın oxu

İmişlidə şagirdləri yerdən əyləşdirərək onları təhsildən yayındıran müəllimin əmək müqaviləsinə xitam verilib

İmişlidə şagirdləri yerdən əyləşdirərək onları təhsildən yayındıran müəllimin əmək müqaviləsinə xitam verilib
DAVAMIN OXU davamın oxu

Payız fəsli Azərbaycana sentyabrın 22-si daxil olacaq

Payız fəsli Azərbaycana sentyabrın 22-si daxil olacaq
DAVAMIN OXU davamın oxu

Heydər Əliyev Fondu Qaradağda körpələr evi-uşaq bağçasını bərpa edib

Heydər Əliyev Fondu Qaradağda körpələr evi-uşaq bağçasını bərpa edib
DAVAMIN OXU davamın oxu

Bu günədək 41 mindən çox tələbə təhsil krediti alıb

Bu günədək 41 mindən çox tələbə təhsil krediti alıb
DAVAMIN OXU davamın oxu