Operativ Məlumat Mərkəzi

Bakıda hesabdan 2 min manat oğurlanıb

1 dəq
Paylaş:
Bakıda hesabdan 2 min manat oğurlanıb

Bakıda pul oğurlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sabunçu rayonu ərazisindən bir nəfərin aldadılaraq hesabından 2000 manatının çıxarılması barədə polisə məlumat daxil olub.

Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən L.Cəfərova müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər