Operativ Məlumat Mərkəzi

Bakıda evdən pul və qızıl-zinət əşyaları oğurlanıb

1 dəq
Paylaş:
Bakıda evdən pul və qızıl-zinət əşyaları oğurlanıb
Bakıda evdən pul və qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən...

Bakıda evdən pul və qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 5-nə keçən gecə M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən pul və 1800 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Rövşən Məmmədov saxlanılıb.

Araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər