Operativ Məlumat Mərkəzi

Bakıda adam öldürməyə cəhddə şübhəli bilinən şəxs saxlanılıb

1 dəq
Paylaş:
Bakıda adam öldürməyə cəhddə şübhəli bilinən şəxs saxlanılıb
Bakıda adam öldürməyə cəhddə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Xətai Rayon Prokurorluğundan məlumat verilib....

Bakıda adam öldürməyə cəhddə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Xətai Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, aprelin 18-i saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində 1990-ci il təvəllüdlü Amilə Vəliyevanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1988-ci il təvəllüdlü Samir Əliyevin şəxsi münasibətlər zəminində keçmiş arvadı Amilə Vəliyevaya kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Samir Əliyev şübhəli şəxs qismində saxlanılıb.

İbtidai istintaq davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər