Operativ Məlumat Mərkəzi

Bakı sakinləri 82 min manata yaxın dələduzluq ediblər

1 dəq
Paylaş:
Bakı sakinləri 82 min manata yaxın dələduzluq ediblər
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Bakı sakinlərinin 82 min manata yaxın dələduzluq etdiyi məlum olub. Bu barədə "Operativ Məlumat...

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Bakı sakinlərinin 82 min manata yaxın dələduzluq etdiyi məlum olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı sakini olan 48 yaşlı V.Səfərov və 63 yaşlı İ.Musayev 3 nəfərin ümumilikdə 78 min 770 manatını, bir nəfərin isə 3 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinərək saxlanılıblar.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər