Bağdadda 1-ci İraq-Azərbaycan biznes forumu keçirilib

Bağdadda 1-ci İraq-Azərbaycan biznes forumu keçirilib
07.12.2023 10:08
Aa
dəq

İraqın paytaxtı Bağdad şəhərində Azərbaycan və İraq hökumətləri arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə birgə Komissiyanın 3-cü iclası çərçivəsində 1-ci İraq-Azərbaycan biznes forumu keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

Bildirilib ki, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA və İraq Ticarət Palataları Federasiyasının birgə təşkilatçığı ilə keçirilən tədbirdə hər iki ölkədən rəsmi şəxslər və iş adamları iştirak ediblər. Biznes forumda Azərbaycan tərəfindən qida, mebel, logistika, tikinti, turizm, sənaye və s. sahələrdə fəaliyyət göstərən şirkətlər təmsil olunub.

Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, İraqın Baş nazirinin müşaviri Əli Nasir Əl-Əsədi, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İraq Ticarət Palataları Federasiyasının vitse-prezidenti Zaman Sahib ölkələrimiz arasındakı iqtisadi-ticarət əlaqələri, biznes dairələri arasında əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri, qarşılıqlı investisiya qoyuluşu imkanları barədə məlumat verib, fikir mübadiləsi aparılıb. Biznes forumda Azərbaycan-İraq Biznes Şurasının yaradılması barədə razılıq əldə edilib.

Biznes forum çərçivəsində həmçinin Azərbaycan və İraqın müvafiq qurumları tərəfindən təqdimatlar, iş adamları arasında B2B görüşlər keçirilib.

Həftənin ən çox oxunanları

Məşhur bəstəkar vəfat etdi - FOTO

Məşhur bəstəkar vəfat etdi - FOTO
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk

Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk
DAVAMIN OXU davamın oxu

Prezident Çernobbio Forumunda çıxış edib - VİDEO - FOTO

Prezident Çernobbio Forumunda çıxış edib - VİDEO - FOTO
DAVAMIN OXU davamın oxu

AŞPA üzvlərinin səfərinə qoyulan qadağa nə vaxt ləğv ediləcək? - Prezident açıqladı

AŞPA üzvlərinin səfərinə qoyulan qadağa nə vaxt ləğv ediləcək? - Prezident açıqladı
DAVAMIN OXU davamın oxu

Prezident Rusiya-Ukrayna müharibəsindən danışdı

Prezident Rusiya-Ukrayna müharibəsindən danışdı
DAVAMIN OXU davamın oxu