Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində AEK - Zaqreb "Dinamo"su oyunu öncəsi baş verən insident nəticəsində bir AEK azarkeşi həyatını itirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisələrdə şübhəli bilinən 105 nəfərin məhkəmə qarşısına çıxarılması qərara alınıb.
Bıçaqla öldürülən 29 yaşlı AEK tərəfdarı Mihalis Kaçurisin qətlində "qəsdən adam öldürmə" və "cinayətkar təşkilata üzv olmaq" daxil olmaqla 11 maddə ilə ittiham olunan 102 xorvat və 3 yunanıstanlı barədə həbs-qətimkan tədbiri seçilib.