Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Azeri Light" qiymətində şok artım: 105 dollar həddi

1 dəq
Paylaş:
"Azeri Light" qiymətində şok artım: 105 dollar həddi

Dünya bazarında " " markalı neftinin 1 barelinin qiyməti 3,02 ABŞ dolları və ya 2,96 % artaraq 104,98 ABŞ dolları təşkil edib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "" markalı neftin noyabr fyuçerslərinin qiyməti 101,69 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,98 ABŞ dolları və ya 3 % artaraq 102,19 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 %-dir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə