Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan beynəlxalq mədəni irs mükafatına layiq görüldü

2 dəq
Paylaş:
Azərbaycan beynəlxalq mədəni irs mükafatına layiq görüldü

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət "Mədəni irsin qorunması və innovasiyası üzrə qlobal liderlik" nominasiyasında müsabiqədə 2026-cı il üzrə qalib elan olunub.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, mükafat Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərən və qlobal brendlər üzrə ən son yenilikləri, analitik baxışları işıqlandıran nüfuzlu onlayn media platforması "Brands Review Magazine" jurnalı tərəfindən təqdim olunub.

Azərbaycanda mədəni irsin qorunması sahəsində rəqəmsallaşdırma, Dördüncü Sənaye İnqilabının texnologiyalarının tətbiqi, məlumat bazalarının effektiv idarə olunması, həmçinin, işğaldan azad olunmuş ərazilərdə mədəni irsin qorunması, bərpası, istiqamətində həyata keçirilən layihələr ekspertlər tərəfindən yüksək qiymətləndirilib.

Son illərdə təkcə Dövlət Xidməti tərəfindən ölkə üzrə 80-ə yaxın mühüm tarix-memarlıq abidəsində bərpa, konservasiya və möhkəmləndirmə işləri aparılıb.

Azərbaycanın bir sıra mədəni irs nümunələri UNESCO-nun İlkin Siyahısına daxil edilib.

İşğaldan azad olunmuş və Şərqi Zəngəzurda 749 abidə isə dövlət mühafizəsinə götürülüb geniş inventarlaşdırma və pasportlaşdırma işləri aparılıb, onların rəqəmsal platformalara inteqrasiyası istiqamətində işlər davam etdirilir.

Həyata keçirilən sistemli və innovativ tədbirlər ölkənin bu sahədə qlobal nüfuzunu gücləndirməklə yanaşı, mədəni irsin qorunmasının dövlət siyasətində prioritet istiqamətlərdən biri olduğunu beynəlxalq miqyasda təsdiqləyir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Mədəniyyət siyasəti

Hamısına bax