Operativ Məlumat Mərkəzi

Azərbaycanla Türkiyə arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş təsdiqlənib

1 dəq
Paylaş:
Azərbaycanla Türkiyə arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş təsdiqlənib
Azərbaycanla Türkiyə arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş təsdiqlənib. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Prezident İlham...

Azərbaycanla Türkiyə arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş təsdiqlənib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, 2024-cü il noyabrın 15-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Saziş qüvvəyə mindikdən sonra Dövlət Turizm Agentliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə hökumətinə bildiriş göndərmək tapşırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər