Operativ Məlumat Mərkəzi

Azərbaycanla Qazaxıstan arasında dənizçilərin diplomları qarşılıqlı tanınacaq

1 dəq
Paylaş:
Azərbaycanla Qazaxıstan arasında dənizçilərin diplomları qarşılıqlı tanınacaq
bununla bağlı məsələ “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi arasında...

Azərbaycanla Qazaxıstan arasında dəniz gəmilərinin heyət üzvlərinin ixtisas diplomları qarşılıqlı tanınacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı məsələ “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi arasında dəniz gəmilərinin heyət üzvlərinin ixtisas diplomlarının qarşılıqlı tanınması haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Milli Məclisin bu gün keçirilən plenar iclasında layihə səsverməyə qoyularaq qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər