Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Macarıstandakı səfirliyində yaradılmış 19 saylı Nərimanov birinci seçki dairəsinin 40 saylı seçki məntəqəsində səsvermə davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yerli vaxtla səhər saat 8:00-da məntəqənin qapıları açıldıqdan sonra burada yaşayan, eləcə də Macarıstana qısamüddətli səfər etmiş Azərbaycan vətəndaşları səs verməyə gəlirlər. Məntəqədə seçici fəallığı çox yüksəkdir.
Məntəqə seçki komissiyasının üzvləri öz vəzifələrini yüksək dəqiqliklə yerinə yetirirlər. İndiyədək heç bir qayda pozuntusu qeydə alınmayıb.